XƏBƏR LENTİ

20 Fevral 2018

19 Noyabr 2017 - 12:04

ABŞ generalı Trampa qarşı:Nüvə qərarı...


Qanunsuz hesab ediləcəyi halda Donald Trampın nüvə zərbəsi endirmək qərarının qarşısı alınacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Strateji Komandanlığının rəhbəri general Con Hayten danışıb.

“Bəziləri bizim axmaq insanlar olduğumuzu hesab etsələr də, belə deyil. Əgər sizin də belə bir məsuliyyətiniz olsa, o zaman siz də mümkün ssenarilər barədə düşünərdiniz. Mən məsləhət verirəm, prezident isə nə etməli olduğumu deyir. Əgər bu qeyri-qanuni olsa, nə olacağını təxmin edin. Mən deyəcəm ki, cənab prezident bu qanunsuzdur. O da nəyin qanuni olacağını soruşacaq. Biz birlikdə variantlar düşünəcəyik. Bu elə də çətin deyil”, – general bildirib.

Gununsesi.info