İspaniyanın baş prokuroru vəfat etdi

  • By admin
  • 19 Noyabr 2017 12:00

İspaniyanın baş prokuroru Xose Manuel Masa Argentinanın paytaxtı Buenos-Ayresdəki  xəstəxanalardan birində vəfat edib.  

Gununsesi.info xəbər verir ki, bu barədə “Twitter” hesabında İspaniyanın baş naziri Mariano Raxoy yazıb.

Baş nazir 66 yaşlı X.M.Masanın yaxınlarına başsağlığı verib.

“El Mundo”nun xəbərinə görə, o ötən gün axşam saatlarında infeksiya səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

Xose Manuel Masa prokurorlarım assambleyasında iştirak etmək üçün Buenos-Ayresdə səfərdə idi.

Gununsesi.info