Fransanı təmsil edən azərbaycanlı Olimpiadaya vəsiqə qazandı – FOTO/VİDEO

  • By admin
  • 07 İyun 2021 14:04

Tokio Yay Olimpiya Oyunlarında bir çəkidə iki azərbaycanlı boksçu döyüşəcək.

Gununsesi.info-nun xəbərinə görə, 91 kq-dan yuxarı çəkidə Olimpiadaya vəsiqə qazanmış 16 boksçu arasında iki azərbaycanlı var.

Bunlardan biri Azərbaycan təmsilçisi Məhəmməd Abdullayevdirsə, digəri II Avropa Oyunlarının gümüş mükafatçısı, Fransanı təmsil edən Murad Əliyevdir.

Murad iyunun 5-də Parisdə keçirilən Avropa Olimpiya Təsnifat turnirinin 1/8 final mərhələsinin birinci raundunda Morten Qivskovu (Danimarka) nokauta salmaqla qalib olub. 25 yaşlı boksçu dünən Giorgi Tçiqladzeyə (Gürcüstan) də qalib gəlməklə yarımfinala vəsiqə qazanıb və ilk dəfə çıxış edəcəyi Olimpiadada iştirakını rəsmiləşdirib.

Gununsesi.info