Fransanın xarici işlər naziri Odessaya gəlib

Fransanın Avropa və Xarici İşlər naziri Ketrin Kolonna Odessaya gəlib.

Gununsesi.info xəbərinə görə , nazir bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

Ketrin Kolonna şəhərin binalarından birinin fonunda foto yayımlayıb və Fransanın Kiyevə dəstəyini vurğulamaq üçün gəldiyini bildirib.

Yada salaq ki, Rusiyanın Ukraynanın denazifikasiyası və demilitarizasiyası üzrə xüsusi əməliyyatı başlayandan sonra ABŞ və onun müttəfiqləri Kiyevə fəal dəstək verməyə başlayıblar. Ölkənin şəhərlərinə Avropanın və ABŞ-ın müxtəlif ölkələrindən müxtəlif rəsmilər səfər ediblər.

Yanvarın 22-də Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynaya səfər edib. O, Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb və Kiyevin “sülh formulu”nu həyata keçirməsi barədə müzakirə edib.

Gununsesi.info