Fransız-Azərbaycan Universitetinə qəbul başladı

  • By admin
  • 27 İyul 2016 11:35

fransa

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fransız-Azərbaycan Universitetinə (UFAZ) ilk dəfə qəbul imtahanı keçirilir.

Gununsesi.info xəbər verir ki, saat 10.00-da başlanan imtahan saat 12.00-da başa çatacaq. İmtahanda abituriyentlər tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən on test sualını cavablandıracaq və ingilis dilində hər biri beş sətirdən az olmayan iki esse yazacaqlar.

2016-cı ildən başlayaraq ADNSU ilə Fransanın Strasburq Universiteti tərəfindən birgə aparılacaq tədris geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompyuter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə həyata keçiriləcək. 2016/2017-ci tədris ili üçün UFAZ-da hər bir ixtisas üzrə 30-u dövlət sifarişli və 10-u ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur.

Tədris Fransa proqramları əsasında aparılacaq və UFAZ-ın məzunları iki diplom (Strasburq Universiteti və ADNSU) alacaqlar.

 

Gununsesi.info