Fransız kosmonavt səfərini başa vurdu -REKORD GÖSTƏRİCİ İLƏ

  • Müəllif: admin
  • 04 İyun 2017 14:55

Thomas_Pesquet_official_portrait_1

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, fransız kosmonavt Tomas Pesquet 196 günlük kosmos səfərinin ardından Qazaxıstanda eniş edib.

Beynəlxalq Kosmos Stansiyası enişin Çin-Monqolustan sərhədində reallaşdığını açıqlayıb. Fransız astronavt Pesquet Tvitter sosial şəbəkəsindəki hesabında bunları yazıb:

“Möcüzəvi bir macəra və inanılmaz səfər oldu. Burada çox işimiz vardı. İndi isə planetimə geri dönmək vaxtıdır. Yaxında görüşərik”.

Onu da qeyd edək ki, o, kosmos səfərini Avropa Kosmos Dairəsi astronavtları üçün rekord sayıla biləcək müddətdə tamamlayaraq “Soyuz MS-03” kosmos vasitəsi ilə yerə qayıdıb.

 

Gununsesi.info