“Maşın şou”nun adı saxtakarlıqda hallandı

  • By admin
  • 04 İyun 2017 14:47

masin_sou_025

Tanınmış şoumen, aparıcı və bəstəkar Murad Arif “Maşın şou” ilə bağlı fikirlərini bölüşüb.

Gununsesi.info xəbər verir ki, illər öncə özü də bu şounun iştirakçısı olan Murad indiyədək heç yerdə danışmadığı gizlinləri yenicag.az saytına açıqlayıb:

“Media sahəsindən anlayışı olan, gözəl başa düşür ki, “M qrup” bir “Maşın”dan bəlkə də 15 maşının pulunu çıxarır… Burada həm sponsor etimadı, həm də tamaşaçının etibarı söhbəti var. Bir iştirakçıya görə 15 illik güvəni yerə vurmayacaq qədər ağıllı insanlar işləyir bu şouda. Saxtakarlıq və qurma bir prestij məsələsidir ki, Murad Dadaşov heç kəsə görə o prestiji yerə vurmaz. 2007- ci ildə, mənim şəklim atılan gün, səs toplayıb Murada ən yaxın insanlardan birini, çox hörmət etdiyim mədəni insan, “KVN” -şik Vado Korovini oyundan uzaqlaşdırdım.

Mən anlayırdım ki, bunu Murad bəlkə də istəməzdi. O hətta efir vaxtı eyham da vurmuşdu ki, studiyamıza “KVN”şiklər qonaq gəlib və s… Bununla belə səs toplayıb, özümə təhlükə gördüyüm adamı uzaqlaşdırdım. Bax bu, şəffaflıqdır ki, “Maşın şou” teleməkanda hələ də ən gərgin və alternativsiz verilişdir. Zarafat deyil e, o maşını udmaq üçün 3 gün ayaq üstə qaldıq, ayaqlarımız, əllərimiz şişdi, təzyiqimiz oynadı…”.

 

Gununsesi.info