Frenk Lempardın “Everton”a təyinatı rəsmiləşib

  • By admin
  • 31 Yanvar 2022 18:16

İngiltərənin “Everton” klubunun baş məşqçisi müəyyənləşib.

Gununsesi.info-nun məlumatına görə, bu vəzifəyə Frenk Lempard təyin olunub.

İngiltərəli mütəxəssislə 2,5 illik müqavilə imzalanıb. Onun son iş yeri ötən ilin yanvarında ayrıldığı “Çelsi” olub.

Qeyd edək ki, Lempard uğursuz nəticələrə görə vəzifəsindən ayrılan Rafael Benitesi əvəzləyib. Hazırda Liverpul təmsilçisi 16-cı yerdə qərarlaşıb.

 

 

Gununsesi.info