“Fuad Poladov teatrda fəaliyyətini davam etdirir” -TEATRDAN AÇIQLAMA

  • By admin
  • 27 Oktyabr 2016 14:50

azdrama

“Yayılan xəbərlərə cavab olaraq bildiririk ki, medianın yazdığı kimi Fuad Poladov işdən çıxmaq haqqında ərizə təqdim etməyib, belə bir ərizə xalq artisti tərəfindən yazılmayıb. Fuad Poladov teatrda fəaliyyətini davam etdirir”.

Bu haqda Gununsesi.info-ya Akademik Milli Dram Teatrın mətbuat xidmətindən   məlumat verilib. Məlumatda bildirilib ki,  xalq artisti hazırda teatrda fəaliyyətini davam etdirir: “Oktyabrın 26-da xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrındakı işindən istefa verməsi haqqında məlumatlar ölkə mediasında müxtəlif müzakirələrə səbəb olub. Yayılan xəbərlərə cavab olaraq bildiririk ki, medianın yazdığı kimi Fuad Poladov işdən çıxmaq haqqında ərizə təqdim etməyib, belə bir ərizə xalq artisti tərəfindən yazılmayıb. Fuad Poladov teatrda fəaliyyətini davam etdirir. Xalq artisti İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və yaxud Boy çiçəyi” pyesi əsasında xalq artisti Azər Paşa Nemətin quruluşunda “Boy çiçəyi”, Ərşad Ələkbərovun quruluşunda “Müsyo İbrahim və Quran çiçəyi”, Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” pyesi əsasında Azər Paşa Nemətin quruluşunda “Şah Qacar” tamaşasında çıxış edir. Oktyabrın 28-də Fuad Poladov “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasında çıxış edəcək. Bu məsələ ilə bağlı hər hansı yenilik olarsa, mediaya məlumat veriləcək. Bir daha xatırladırıq ki, hazırkı şəraitdə xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrı ilə əməkdaşlığı davam edir”.  

Gülnaz Qənbərli

Gununsesi.info