Futbol tarixində daha bir ilk yaşana bilər

  • By admin
  • 02 İyul 2016 14:37

ilk

FİFA prezidenti Cianni İnfantino 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı ilə bağlı maraqlı təklif irəli sürüb. Gununsesi.info xəbər verir ki,  ali futbol qurumunun rəhbəri oyunların qadın hakimlər tərəfindən idarə olunmasını təklif edib:
“Dünya çempionatı ilə bağlı təklifim var. Rusiyada keçiriləcək mundialda qadın hakimlərin oyun idarə etməsi daha cəlbedici olar. FİFA bu məsələ ilə bağlı işləyəcək. Bu çempionatın azarkeşlərin təhlükəsiz bayramı olması üçün hər şeyi etməliyik”.

Əgər DÇ-2018-də oyunları qadın hakimlər idarə edərsə, bu futbol tarixində ilk olacaq. İndiyə qədər kişilərin turnirinin final mərhələsini heç vaxt qadın hakimlər idarə etməyib.

Gununsesi.info