Futbol üzrə dünya çempionatının açılış mərasimi keçirildi - FOTOLAR /VİDEO

  • By admin
  • 20 Noyabr 2022 20:13

Qətərdə futbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbir bu axşam Qətər və Ekvador yığmaları arasında turnirin açılış matçına da ev sahibliyi edəcək “El Bayt” stadionunda təşkil olunub.

Vaxtilə Fransa seçməsinin heyətində çıxış edən Marsel Desayi dünya kubokunu stadiona gətirib.

Qeyd edək ki, bu, ərəb dünyasında və müsəlmanların çoxluq təşkil etdiyi bir ölkədə keçirilən ilk dünya çempionatıdır.

Yarışın final oyunu dekabrın 18-də Lusail şəhərindəki 80 min tamaşaçı tutumuna malik Milli Stadionda keçiriləcək.

Gununsesi.info