Füzulidə 20 hektar biçilmiş taxıl sahəsi yanıb

  • Müəllif: admin
  • 26 İyun 2018 00:16

Füzulidə yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki,  Füzuli rayonunun Böyük Bəhmənli kəndində 20 ha biçilmiş taxıl sahəsi, 10 ha qamışlıq və kol-kos yanıb.

Biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.