Gəncədə rəis müavinləri öldürüldü- FOTO

Gəncədə rəis müavinləri öldürüldü

 

 

SON DƏQİQƏ:

Gəncədə qanunsuz aksiyaya cəhd edənlərlə polis arasındakı qarşıdurma ilə əlaqədər olaraq  Baş Prokurorluq DİN və DTX birgə məlumat yayıb.

 

Gununsesi.info  həmin məlumatı təqdim edir:

“2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər.     

Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.

Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla, 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər.

Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Təəssüflə qeyd edirik ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Görülən işlərin gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

*******************************

21.02

Bir neçə saat əvvəl Gəncədə aksiyaya cəhd edənlərlə polis arasındakı qarşıdurmada iki polisin yaralnması barədə xəbər yayılıb. 

Qeyd edək ki,  askiya ilə bağlı DİN-nin rəsmi məlumatında iki polisin xəsarət aldığı və aksiyaya cəhd edənlərin saxlanıldığı bildirilir.

Gununsesi.info həmin polislərin kimliyini öyrənib. Məlum olub ki, yaralanan polislərdən biri Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini polkovnik İlqar Balakişiyev və Nizami rayon polis idarəsi rəisinin Səməd adlı müavinidir.

Məlumata görə, hər iki rəis müavini xəncərlə yaralanıb.

Onların durumunun ağır olduğu bildirilir.

Bizi izləyin!

Gununsesi.info 

COMMENTS