Gədəbəydə ər arvadını qətlə yetirdi

  • By admin
  • 05 Fevral 2017 19:32

meyit1

 

Gədəbəydə qətl olub.

Gununsesi.info-nun verdiyi məlumata görə hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

Kənd sakini 1983-cü il təvəllüdlü Allahverdiyev Zamur Salman oğlu həyat yoldaşı 1978-ci il təvəllüdlü Əsgərova Dürdanə Məcid qızını döyərək qətlə yetirib. Hadisə ailə münaqişəsi zəminində baş verib. Qətli törədən Z. Allahverdiyev saxlanılıb.

Qətlə yetirilən qadın 3 övlad anası olub.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

 

Gununsesi.info