Gədəbəydə bazarda dava düşdü: 49 yaşlı kişi bıçaqlandı

  • By admin
  • 29 May 2022 16:17

Gədəbəydə bazarda satıcılar arasında dava olub.

Gununsesi.info xəbər verir ki, hadisə şəhər ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları bazarında qeydə alınıb.

Dava zamanı rayon sakini, 1973-cü il təvəllüdlü Mehman Qələndər oğlu Bayramov döş qəfəsindən bıçaqlanıb.

M.Bayramov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info