Kiyevi ələ keçirmək mümkün deyil - Rusiyalı diplomat

  • By admin
  • 29 May 2022 14:55

“Moskva davam edən xüsusi hərbi əməliyyat zamanı Ukraynanın paytaxtını ələ keçirməyi qarşısına məqsəd qoymayıb”. 

Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin BBC-ə müsahibəsində bildirib.

“Bizim liderlərdən heç biri, nə prezident, nə də başqaları heç vaxt deməyiblər ki, biz Kiyevi ələ keçirmək istəyirik. Mən inanmıram ki, Kiyevi ələ keçirmək və ya işğal etmək mümkündür. Bu, böyük şəhərdir”, – səfir vurğulayıb.

O, əlavə edib ki, Rusiya Federasiyasının “əməliyyatın ilkin mərhələsində Kiyevi ələ keçirmək məqsədi yox idi”.

Kelin hesab edir ki, Ukraynada rus qoşunlarının sayını artırmağa ehtiyac yoxdur: “Biz bunu Ukraynadakı vəziyyətlə şərti üsullarla aparılan əməliyyatla həll edəcəyik. Ənənəvi vasitələrdən istifadə etməklə məhdud əməliyyat. Ola bilsin ki, siz müşahidə etmisiniz ki, biz qoşunlarımızın sayını artırmamışıq. Hesab edirik ki, indiki say onların öhdəsindən gəlmək üçün kifayətdir”.

Gununsesi.info