Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alan var

  • By admin
  • 27 Oktyabr 2017 21:53

 

Gədəbəydə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Slavyanka kəndində qeydə  alınıb.

“VAZ” və “QAZ 31” markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri, kənd sakini 1981-ci il təvəllüdlü Əsgərov Bəhruz Elbəy oğlu bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Gununsesi.info