Bu film danışma və eşitmə qüsuru olan insanlara işarət dilində təqdim olunacaq

  • By admin
  • 27 Oktyabr 2017 21:56

Gununsesi.info xəbər verir ki, oktyabrın 29-da Nizami Kino Mərkəzi Human Foundation qurumunun nəzdində fəaliyyət göstərən Human Deaf Community ilə birgə eşitmə və danışma məhdudiyyətli insanlarla işarət dilinə tərcümə edilmiş milli “Xənnas” filmini təqdim edəcək.           

Rejissor Elvin Abdullanın çəkdiyi Azərbayca

nın ilk qorxu filmi olan “Xənnas” vahimə və mistika janrındadır. Yaş həddi: 14+

Ad gününü rayonda anasının yanında qeyd edən İlkin tez-tez gördüyü eyni yuxunun təsiri altında qalaraq, anasının qadağalarına baxmayaraq dostlarıyla birgə babası və atasının naməlum səbəblərdən yoxa çıxdığı evə gedir. Atılmış, köhnə evin ruhlar məskəni olduğunu başa düşən dostlar vahiməli hadisələrlə dolu gecə keçirirlər…

Baş rollarda Hikmət Rəhimov, Pərvin Abıyeva, Qorqud Cəfər, Zarina Qurbanova,Türkay Cəfərli və Nərgiz Əliyeva çəkiliblər.

Nümayişdən qabaq tamaşaçılar filmdə cəkilmiş aktyorlarla görüşəcək və onlarla ünsiyyətdə ola biləcəklər.

Filmi işarət dilinə tərcümə edən Human Deaf Community-nin üzvü Nuranə Abıyevadır.

Xatırladaq ki, Azərbaycanda ilk dəfə və davamlı olaraq surdotərcüməli filmlər Human Deaf Community ilə birgə  Nizami Kino Mərkəzində təmənnasız nümayiş olunur.

Gununsesi.info