Gəlin bülletenlərin sayılmasını gözləyək - MÜXALİFƏT + FOTOLAR

  • By admin
  • 08 Oktyabr 2016 12:40
  muxalif2
Sabiq müdafiə naziriəmindir ki, seçkilər sülh şəraitində keçəcək.
Gununsesi.info gürcü mətbuatına istinadən xəbər verir ki, bu fikri Gürcüstanın sabiq mqdafiə naziri,  “Azad demokratlar” müxalifət partiyasının lideri İrakli Alasaniya deyib.
Müxalifət lideri ölkə vətəndaşlarına  seçkidə aktiv olamaqla yanaşı, layiqli və təcrübəli  insanlara səs vermək barədə çağırış  edib: “Bu gün Gürcüstana sülh arzu edirəm və seçki günü sülh şəraitində keçəcək. Öz səsimi isə xoş gələcəyə və yaxşı iqtisadiyyata verdim”.
İ.Alasaniya onu da əlavə edib ki, bu gün gürcü cəmiyyəti üçün son dörd ildə parlamentə layiqli şəxsləri seçmək üçün  tarixi bir şans yaranıb və ona görə də, hamını layiqli və təcrübəli insanlara və partiyalara səs verməyə çağırıram.
“Milli birlik hərəkatı” partiyasının rəhbəri David Bakardze isə deyib ki, partiyamız sakit seçkilər uğrunda  mübarizə  aparacaq. “Mübarizə aparacağıq ki, seçkilərin nəticələri və gürcü xalqının iradəsi  saxtalaşdırılmasın”- deyə, D. Bakardze bildirib.
Müxalifət Leyboristlər Partiyasının lideri Şalva Natelaşvili isə deyib ki, saat 8.00-da  exit-pol saxtalaşdırılmız seçkinin nəticələri elan edəcək: “Odur ki, onlara inanmayın. Çünki onlar sifariş yerinə yetirir və buna görə əvvəlcədən pulunu alıb. Gəlin bülletenlərin sayılmasını gözləyək”.
muxalif1 muxalif
Gununsesi.info