“Metyu” qasırğası qurbanlarının sayı 877 nəfərə çatıb

  • By admin
  • 08 Oktyabr 2016 12:33

metyu

Ötən gün Karib dənizi hövzəsində yerləşən Haitidə “Metyu” qasırğası 877 nəfərin ölümünə səbəb olub.
Gununsesi.info “Türkiyə” qəzetinə istinadən xəbər verir ki, “Metyu” qasırğası səbəbiylə ölkədə qurbanların sayı artır. Minlərlə ev dağılıb. İnsanlar sığınacaqlara yerləşdirilib. Humanitar yardım təşkilatları bölgədəki vəziyyətin kritik olduğunu bəyan edirlər.
Birləşmiş Millətlər Təşkilatı (BMT) hazırda Haitidə 350 min adamın humanitar yardıma ehtiyacı duyduğunun qeyd edib. BMT-nin Dünya Qida Proqramının Haiti üzrə direktoru Veloso bölgədəki vəziyyətin davamlı olaraq dəyişəbiləcəyini bildirib: “Önümüzdəki bir neçə gün içində təbii fəlakətin vurduğu ziyan və ölü sayısı barədə dəqiqi məlumat əldə etmək mümkün olacaq”- deyə, Veloso daha sonra sözlərinə əlavə edib.

Anar
Gununsesi.info