Gəmidə yaralananlar xaricə aparıldı, biri dünyasını dəyişdi

  • By admin
  • 12 May 2019 18:03

Mayın 8-də “İsrafil Hüseynov” gəmisində baş vermiş hadisədə 11 nəfər yaralanmış “Saipem” şirkətinin əməkdaşları (o cümlədən Azərbaycan vətəndaşları) Turkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına, Medevac – xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə göndərilməsi Saipem şirkəti tərəfindən mayın 11-də təşkil olunub.
Gununsesi.org xəbər verir ki, bu barədə “Saipem” şirkətindən məlumat verilib. Bildirilib ki, daha yüngül xəsarət almış üç əməkdaşı artıq vətənlərinə göndərilib.

“Saipem” şirkəti bəyan edib ki, ən ağır vəziyyətdə olan şirkətin bir əməkdaşı bu gün səhər Fransada yerləşən xəstəxanada dünyasını dəyişib. Digər əməkdaşın həyatına heç bir təhlükəsi yoxdur.