“Gəmidən lazer şüası ilə hərbçilərimiz kor edildi” – Bütün dünya bunu danışır

  • By admin
  • 16 Fevral 2023 13:30

“Gəmi heyətini müvəqqəti oalraq kör etdilər”

 

Türkiyədə zəlzələ fəlakəti, Rusiya-Ukrayna arasında savaş olarkən, dünyanın diqqətləri bir anda Asiya qitəsinə doğru yönəldi. Yaşanan gəriginliyin partlaması ilə insanların olaya olan marağı daha da böyüyüb.

Filippinin Sahil Təhlükəsizliyi rəsmi Facebook səhifəsində lazerin yaşıl şüasını göstərdiyi iddia edilən foto yayımlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, şəkillə Çin gəmisinin Filippin gəmisinə 137 metr yaxınlaşaraq təhlükə həmləsi etdiyi önə sürülüb. İddialara görə 6 fevral günü Çində Nanşa adaları oalraq tanınan Spartly Adaları yaxınlarında meydana gələn hadisə ilə bağlı reaksiyaya Çindən cavab gəlib.

Çinin Xarici İşlər Nazirliyi bir Filippin gəmisinin icazə almadan Çin tərəfinə keçdiyini açıqlayıb. Nazilrik “Çin öz suverenliyini qoruyub”, -deyə açıqlama verib.

 

Çin 1.3 milyon m2 Cənubi Çin Dənizinin tamamında və bölgədəki adaların çoxunda hegemoniya iddia edir. Filippinlər, Malaziya, Bruney və Tayvanın da haqq iddiası etdiyi 100 kiçik ada və suüstü qayalıqlardan yaranan Spartly Adaları da Çinin haqq iddiası içində yerləşir.

Filipin isə bölgəni Qərbi Filippin Dənizi olaraq adlandırır. Bölgədəki haqq iddiası üçün bir donanma nəqliyyə gəmisi olan BRP Sierra Maadre-ni Second Thomas Shoal adlı dəniz nəqliyyatını qurudan oraya yönləndirib.

 

Çin gəmisinin 6 fevralda lazer yönəltdiyini iddia edən Filippin gəmisi BRP Maralascua-nın Sierra Madre-yə danacaq doldurma köməyi üçün bölgədə olduğu iddia edilir.

Filippindən verilən açıqlamada “Sierra Madredəki əsgəri heyətimizə yemək və ərzaq çatdırılmasının qəsdən əngəllənməsi, Qərrbi Filippin Dənizinin bu bölgəsindəki Filippinlərə aid hegemonluq haqqının açıq ozuntusudur” – deyilib.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info