Gəncə icra hakimiyyətindən əhaliyə müraciət - BU SUİ-QƏSDİN...

  • By admin
  • 05 İyul 2018 13:35

Gəncə şəhər icra hakimiyyəti Mİngəşçevir İES-də baş verən partlayışla Elmar Vəliyevə qarşı həyata keçirilən sui-qəsd arasında bağlılığın olmasına dair iddiaları təkzib edib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə şəhər icra hakimiyyətinin yaydığı açıqlamada bildirilib. Əhaliyə ünvanlanan müraciət xarakterli  bəyanatda mediadan, Gəncə sakinləri və ümumilikdə vətəndaşlardan xahiş edilir ki,  rəsmi olmayan məlumatlara inanıb, paylaşmasınlar:” Əfsuslar olsun ki, bəzi müxalif dairələr nəzarətlərində olan xəbər saytları və sosial şəbəkələr vasitəsilə Mingəçevir İES-də baş vermiş qəzadan və Gəncə şəhər İcra Hakimiyyəti başçısına qarşı həyata keçirilən silahlı basqından məqsədyönlü şəkildə yararlanmağa çalışır. Həmçinin dövlət və xalq mənafelərinə zidd mövqe tutaraq cəmiyyətdə ajiotaj yaratmaq, kütləvi narazılıq formalaşdırmaq və respublikada sabitliyi pozmaq əhval-ruhiyyəsi nümayiş etdirirlər.

Özlərini müstəqil sayan bir sıra xəbər saytları bu eyforik əhval-ruhiyəyə qoşularaq, dəqiqləşdirilməmiş şayiələri baş verən hadisə kimi təqdim edib və vətəndaşları yalan informasiyalarla çaşdırmağa cəhd göstərirlər.

Bu səbəbdən Gəncə sakinləri və ümumilikdə vətəndaşlardan xahiş edirik ki, rəsmi olmayan məlumatlara inanıb, paylaşmasınlar”.

Gununsesi.info