Tibb Universitetinin tələbləri İlham Əliyevdən kömək istəyir

  • By admin
  • 05 İyul 2018 13:37

 Azərbaycan Tibb Universitetinin tələbə, məzunları və valideynləri Prezident İlham Əliyevə, ölkənin 1-ci Vitse Prezidenti Mehriban Əliyevaya, Səhiyyə Naziri Oqtay Şirəliyevə müraciət edib.

Müraciətlərinin bir surətini də Gununsesi.info-ya yollayan müəlliflər Tibb Universitetində rezidentura üçün qəbul yerlərinin sayının azaldılmasından narazılıqlarını ifadə edib.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

 

        Biz- Tibb Universitetinin bu ilki və keçən illərin məzunları rezidentura imtahanının 1-ci mərhələsini uğurla başa vuraraq ikinci mərhələyə vəsiqə qazanmışıq. Birinci mərhələdən keçən namizədlərin sayı 631 nəfərdir . Verilən yerlərin sayı isə 332  olmaqla keçən ilin müvafiq qəbul ili ilə müqayisədə təxminən yarısı qədər azaldılıb. Yerlərin sayının imtahana sayılı günlər qala açıqlanması bizi çətin vəziyyətdə qoymuşdur. Belə ki, elə namizədlər var ki, birinci mərhələni uğurla keçməsinə (40 bal toplamasına) baxmayaraq ikinci mərhələdən keçməsi verilən yerlərin sayı baxımından qətiyyən mümkün deyil. Səhiyyə nazirliyinə qəbul yerlərinin sayının artirilmasiyla bağlı telebimize isə çox saylı və tutarlı olmayan səbəblər gətirilmişdir.Nazirliyin verdiyi açıqlamada ixtisaslaşma üçün yerlərin azaldılmasını ixtisaslı həkimlərin rayon xəstəxanalarında fəaliyyət göstərmək istemediklerine görə edildiyi qeyd edilir. Lakin qeyd edək ki, ATU bitirmiş tələbələrin xəstəxanada işləmesi ucün vacibdir ki rezidentura təhsili alsinlar. Digər bir açıqlamada isə bəzi tələbələrin əvvəlki illər rezidentura təhsillərini Azərbaycanda yarımçıq qoyaraq xaricdə davam etdirdikləri deyilir ki, bu hal da rezidentura təhsili üçün yerlərin azaldilmasina əsas verməsi heç de məntiqə uyğun gəlmir. Rezidentura təhsilini bitirdikdən sonrakı məcburi təyinatın olması ixtisaslı həkim kadrlarının rayon xəstəxanalarında da fealiyyet göstərəcək olması bölgələrdə səhiyyənin inkişafına müsbət təkan verəcəkdir ki, bu halda da rezidentura təhsilili yerlərinin artırılması daha məqsədə uyğun olar.

Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım!

        Biz inanırıq ki, Siz bizim bu müraciətimizə biganə yanaşmayacaqsınız. Çünki, mərhum prezidentimiz Ulu Öndər demişdir: «Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.» Hesab edirik ki, səhiyyənin inkişafına Ulu Öndərimizin yanaşması ilə baxaraq bizləri sevindirəcək bir qərara imza atacaqsınız.

Yuxarıda qeyd edilənlərə əsasən Sizdən;

X A H İ Ş        E D İ R İ K

Rezidenturaya qəbul yerlərinin sayının ən azı keçən ilin müvafiq qəbul ilinə uyğunlaşdırılması və qərarın nəticəsinin imtahanın II mərhələsindən öncə  elan edilməsi barədə qərar qəbul edəsiniz.