
Gəncə şəhərində 2 avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Gununsesi.info-nun “Report”a istinadən verdiyi məlumata görə, hadisə gecə saatlarında baş verib.
Belə ki, “KİA” markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman idarəetmədən çıxaraq yolun sol tərəfindən gələn “Mercedes-Benz” markalı maşınla toqquşub.
Nəticədə hər iki sürücü və “Mercedes”də olan bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Gununsesi.info












