
Bakıda yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 36 m² olan 2 otaqlı mənzilin mətbəxində məişət əşyası yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info












