Gəncədə 2 avtomobil toqquşub, azyaşlı xəsarət alıb

  • By admin
  • 05 Oktyabr 2019 21:38

Gəncə şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.org-un məlumatına görə, şəhərin Qəmərli küçəsində “KİA” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub.

Nəticədə biri uşaq olmaqla 2 nəfər xəsarət alıb.

Xəsarət alan 3 yaşlı uşağa hadisə yerinə çağrılan təcili tibbi yardım briqadasının həkimləri tərəfindən yerindəcə ambulator yardım göstərilib. Digər şəxs isə yaxınlıqdakı insanların köməkliyi ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.org