Nyu Yorkda dörd evsiz insan öldürülüb

  • By admin
  • 05 Oktyabr 2019 21:42

Şənbə günü əlində uzun metal əşya daşıyan bir nəfər Nyu York şəhərində küçədə yatan evsiz insanlara hücum edərək, dördünü öldürüb, birini yaralayıb. Yaralanan şəxsin vəziyəyti kritikdir.

Gununsesi.org xəbər verir ki, Nyu York Polis Departamentini detektivi Annett Şelton deyib ki, evsiz insanlara şəhərin Çaynataun məhəlləsində qəddarcasına hücum olunub.Rəsmilər hücumun həyata keçirildiyi əşyanı ələ keçiriblər.

Polis gecə saat 2-də 911-ə edilən zəng nəticəsində hadisə yerinə gəlib. 911-ə zəng birinci hücum keçirilərkən edilib.

24 yaşlı şübhəli şəxs həbs edilib, lakin hələ ki, ona qarşı ittihamlar irəli sürülməyib.

Qurbanlar hücum vaxtı yuxuda olub. Hücumlar üç ayrı yerdə həyata keçirilib. İlk qurban başına ölümcül zərbə nəticəsində dünyasını dəyişib. İkinci hücuma məruz qalan şəxs kritik vəziyyətdə Nyu York Downtown Hospitalına çatdırılıb.

Digər üç qurbana isə bir küçə aralıda hücum edilib. Onların hamısı başlarında zərbə nəticəsində ölüb.

The New York Post qurbanlardan ikisinin ağ mələfə altında şəklini paylaşıb. Qurbanların kimlikləri açıqlanmayıb.

Nyu Yorkun evsiz əhalisi son illərdə arıtb. Buna əsas səbəb münasib qiymətə evlərin olmamasıdır.

 

Gununsesi.org