Gəncədə bıçaqlanma

  • By admin
  • 31 Avqust 2019 10:13

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Totanlı adlanan yaşayış massivində qeydə alınıb.

Şəhər sakini, 28 yaşlı Orxan Məmmədov naməlum şəraitdə bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org