Gəncədə dönərxana yanıb

  • By admin
  • 17 Oktyabr 2016 15:23

donrt

Gününsəsi.info xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində obyektlərdən birində baş verib.Oktyabrın 17-də saat 03 radələrində başlayan yanğın dönərxananın, qəzet köşkünün və qab-qacaq mağazasının ümumilikdə 56 kvadratmetr sahəsini yararsız hala salıb.Əraziyə Gəncə Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən avtomobili cəlb olunub. Alovun başqa tikililərə  keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.Yanğının baş vermə səbəbləri araşdırılır.

Gününsəsi.info