Gəncədə mağazalar yanıb

  • Müəllif: admin
  • 26 İyun 2018 14:42

Gəncədə yanğın olub.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, şəhərin Kəpəz rayonunda ümumi sahəsi 640 kv.m olan bir dam altında tikilmiş ümumi sahəsi 24 kv.m olan mağazanın yanar konstruksiyaları və ona bitişik ümumi sahəsi 24 kv.m olan mağazanın yanar konstruksiyaları 9 kv.m sahədə yanıb.

Yüksək temperaturdan digər mağazanın 1 ədəd plastik qapısı əriyib. Digər mağazalar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Gununsei.info