Gəncədə ölən xəstənin qohumları tibb bacısını döyüblər – FOTO

  • By admin
  • 16 Sentyabr 2016 20:31

392c53f5-1c0e-498c-a996-d7feec781434_292

 

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında tibb bacısı xəstə yaxınları tərəfindən döyülüb.

Gununsesi.info-nun Qərb bürosu xəbər verir ki, naməlum şəxslər qohumlarının ölməsinə etiraz olaraq xəstəxananın tibb bacısını döyüblər.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin (RPİ) Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, bu gün Gəncə şəhərinin “Qırmızı Kənd” deyilən ərazisində evlərdən birinin divarının uçması nəticəsində 2002-ci il təvəllüdlü Sona İsmayılova və onun bacısı 2001-ci il təvəllüdlü Mehparə İsmayılova uçqunun altında qalaraq ağır xəsarətlər alıb. S.İsmayilova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. M.İsmayılovanın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

 

Gununsesi.info