Sabirabad sakinindən külli miqdarda narkotik vasitə götürülüb

  • By admin
  • 16 Sentyabr 2016 20:18

nar

 

Sabirabad sakininin həyətində narkotik vasitə olan çətənə kolları yetişdirdiyi aşkar edilib.

Gununsesi.info-nun Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad polis şöbəsinin keçirdiyi əməliyyat tədbirləri çərçivəsində Sabirabad rayonu Türkədi kənd sakini, 1961-ci il təvəllüdlü Şıxəliyev Sadiq Fətiş oğlunun həyətində narkotik vasitə olan çətənə kolları yetişdirdiyi aşkarlanıb.

Onun həyətinə baxış keçirilərkən aqrotexniki qaydada qulluq edilmiş 56 ədəd çətənə kolu, həmçinin 25 ədəd kökündən çıxarılmış quru halda, ümumi çəkisi 16 kiloqram  və evindən 8 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb. S. Şıxəliyev polis tərəfindən saxlanılıb.

 

Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

 

Gununsesi.info