Gəncədə piyadanı maşın vurdu

  • By admin
  • 20 İyun 2021 21:49

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını yolu keçmək istəyən Amil Nəbiyevi vurub. Dərhal piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır .

Gununsesi.info