
Gəncə qətl hadisəsi törədilib.
Gununsesi.info-nun APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə hadisə ötən axşam şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb.
Şəhər sakini 1966-cı il təvəllüdlü Əbülfət Quliyev mübahisə zəminində 1996-cı il təvəllüdlü Səmral Hüseynzadə tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
Gununsesi.info












