Gəncəyə xalqın ayağına gedən, onları dinləyən icra başçısı təyin olunub - FAZİL MUSTAFA

  • By admin
  • 30 Noyabr 2018 13:14

 

Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bir sıra məsələlərdən danışıb.

Gununsesi.org-un xəbərinə görə, deputat ona cavab verdiyi üçün  Vergilər Nazirliyinə təşəkkür edib. O, ötən iclaslarda səsləndirilən təkliflərə Vergilər Nazirliyindən rəsmi cavab aldıqlarını vurğulaıb. Deputat bildirdi ki, bu, həm də Milli Məclisə münasibətdir: “Bu tendesiyanı davam etdirmək lazımdır”.

F.Mustafa onu da dedi ki, Türkiyədə yaşayan uşaqlar artıq təhsilə cəlb olunub. Ancaq onlarla bağlı iş görən sahibkarların vergidən azad olunması yaxşı oalrdı.

F.Mustafa Gəncə səfəri ilə bağlı müşahidələrini də bölüşdü. O dedi ki, Gəncəyə xalqın ayağına gedən, onları dinləyən icra başçısı təyin olunub. Ancaq deputat şəhərin problemlərindən də bəhs etdi. “Gəncə kimi şəhərə bir təyyarənin uçmasını təmin edə bilmiriksə, ordakı hansı problemi həll edə bilərik? Gəncədə elə universitet yaratmalıyıq ki, Bakıdakı universitetdən geri qalmasın. Bir sıra işlər görülsə, Bakını da yükdən azad etmiş olarıq”-F.Mustafa dedi.

Vergi Məcəlləsində dəyişikliklərə edilən təkliflər barədə nazir Mikayıl Cabbarov danışdı. Daha sonra spikerin təklifi ilə dəyişikliklər üçüncü oxunuşda qəbul edildi.

Gununsesi.org