Həbs olunan prokurorun yerinə təyinat oldu

  • By admin
  • 30 Noyabr 2018 14:14

İsmayıllı rayonuna yeni prokuror təyin edilib.  Gununsesi.org bər verir ki, bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Tural Yusifov İsmayıllı rayon prokuroru vəzifəsinə təyin edilib. O, bu təyinata qədər İsmayıllı rayon prokuroru vəzifəsini müvəqqəti icra edib.

Qeyd edək ki, bu ilin iyul ayında İsmayıllı rayon prokuroru Ülvi Abbasov və onun böyük köməkçisi Faiq Quliyev korrupsiya ittihamı ilə həbs edilib.