Gənc ailələr niyə dağılır? -STATİSTİKA

  • By admin
  • 03 Sentyabr 2016 10:00

bosanma

Ötən il 20 yaşa qədər 459 kişi, 16345 qadın rəsmi nikaha daxil olub.

Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2015-ci ildə nikaha girən 15-17 yaş arası bir kişi, 17-19 yaş arası isə 11 kişi boşanıb. Ötən il boşanan 12 gəncin evliliyi 5 ilə qədər davam edib.
Ötən il nikaha girən 20 yaşa qədər qadınların sayı çox olduğu kimi boşananların sayında da kişilərə nisbətən böyük rəqəmlər müşahidə edilir. Belə ki, 2015-ci ildə 15-17 yaş arası 3 qadın, 18-19 yaş arası isə 176 qadın boşanıb. Ötən il boşanan 179 qızın da evliliyi 5 ilə qədər davam edib.

Gununsesi.info