Özbəkistanın Azərbaycandakı səfirliyi dövlət bayrağını yarıya qədər endirib

  • By admin
  • 03 Sentyabr 2016 10:10

ozbek 

Özbəkistan prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyindədövlət bayrağı yarıya qədər endirilib. 

Bu barədə Gununsesi.info-ya Özbəkistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.  Səfirlikdə “xatirə kitabı” açılıb. 

Ölkənin milli bayramı-dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə sentyabr;n 6-da keçirilməsi nəzərdə tutulan mərasim də ləğv edilib.

Qeyd edək ki, dünən Özbəkistan hökuməti və parlamenti İslam Kərimovun vəfat etməsi barədə rəsmi məlumat yayıb.

Prezidentin dəfn mərasimi bu gün Səmərqənddə keçiriləcək.

Ölkədə bu gündən 3 günlük matəm elan olunub.

İslam Əbdülqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.

Anar

Gununsesi.info