Gənc müəllim şagirdi ilə cinsi əlaqəyə girdi – İŞDƏN QOVULDU

  • By admin
  • 04 Fevral 2018 18:14

ABŞ-da müəllim kimi fəaliyyət göstərən qadın öz şagirdinə aşiq olub.

Gununsesi.info xəbər verir ki, əvvəlcə 22 yaşlı Tayler adlı qadın 18 yaşlı şagirdindən (oğlanın ad açıqlanmır) telefon nömrəsini istəyib. Daha sonra isə ona seksual xarakterli mesajlar yazaraq özünə aşiq etməyə müvəffəq olub. Münasibətə başladıqdan sonra cütlük müxtəlif vaxtlarda 5 dəfə cinsi əlaqəyə girib.

Bunun üstü açıldıqda isə rəhbərlik dərhal qadını işdən azad edib.

Şagirdin ailəsi bu münasibətdən xəbərdar olduğu və onları dəstəklədiyi üçün polisə müraciət etməyib. Belə olduğu halda müəllimin həbs cəzası almayacağı gözlənilir.

Gununsesi.info