Saakaşvili Ukraynada alternativ hökumət elan edəcək

  • By admin
  • 04 Fevral 2018 18:20

Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixail Saakaşvili fevralın 18-dək Kiyevdə keçiriləcək növbəti aksiyada Ukrayna alternativ hökumətini və prezidentliyə 10 potensial namizədi elan edəcək.

Gununsesi.info xəbər verir ki, M. Saakaşvili bunu bu gün Kiyevdə keçirilən mitinqdə bəyan edib.

M. Saakaşvili deyib ki, indiki hakimiyyətdən fərqli olaraq Ukraynada ölkəni idarə etməyə layiqli insanlar çoxdur.

Gununsesi.info