Hava limanında 130-dan çox reys təxirə salınıb

  • By admin
  • 04 Fevral 2018 18:40

Moskva aeroportlarında 109 aviareys təxirə salınıb, 28 aviareys ləğv edilib.

Gununsesi.info xəbər verir ki, yerli vaxtla saat 13.39 olan məlumata əsasən “Vnukovo” aeroportunda 5 aviareys təxirə salınıb, 4 aviareys ləğv edilib, “Domodedovo” aeroportunda 48 aviareys təxirə salınıb, 24 aviareys ləğv edilib, “Şeremetevo” aeroportunda 56 aviareys təxirə salınıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyi Moskvada və digər vilayətlərdə güclü külək, sulu qar və buzlaşma ilə bağlı xəbərdarlıq edib.

Gununsesi.info