Gənc müğənni evində ölü tapıldı

  • By admin
  • 05 Dekabr 2019 07:46

Cənubi koreyalı aktyor-müğənni Çha İn Ha evində ölü tapılıb.

Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 27 yaşlı ifaçının cəsədi Seuldakı evində aşkarlanıb. Aktyorun ölüm səbəbi bilinmir. Hanın ailəsi onun dəfn mərasimində yalnız qohumlarının və yaxın dostlarının iştirak edəcəklərini bəyan ediblər.

Qeyd edək ki, Çha İn Ha 2017-ci ildən kinoda çəkilir. O, eyni zamanda “Surprise U” qrupunun solisti olub. Hanın ölümü pərəstişkarlarını şoka salıb.

Xatırladaq ki, bu, son bir neçə ayda 3-cü belə ölüm faktıdır. Belə ki, oktyabrda 25 yaşlı koreyalı aktrisa Solli, noyabrda isə 28 yaşlı müğənni Qu Hara evlərində ölü tapılmışdılar.

Gununsesi.org