Gənc oğlanın meyiti evin həyətində aşkarlandı

  • Müəllif: Firuzə
  • 19 Aprel 2026 21:32

Biləsuvar rayonunda kişi meyiti tapılıb.

Gununsesi.info  APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

Belə ki, səhər saatlarında kənd sakini, 2003-cü il təvəllüdlü Riyad Xəlil oğlu İbadovun meyiti yaşadığı ünvanda, evin həyətində yerləşən tikilidə tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info