Gənc şairənin yeni şeirləri

  • By admin
  • 10 İyun 2016 10:39

Screenshot_2016-06-10-00-03-00-1

Dünya

Yaranandan “mən” demisən, hər şey sənə “sən” görünüb,
Əynində fani libasın, vucudun yoxa bürünüb.
Zaman-zaman aldatmısan, bəd ayaqda çərxin dönüb,
Bilən bilir hekayəmi, sən bilmirsən bilmə dünya..

Varlılara var süfrəsi, yoxsullara yox olmusan,
Şirin olub çiy gərdanın hey, artmısan, çoxalmısan
Kiçik sayıb varsızları əzib keçib yox saymısan
Mənim səndə gözüm yoxdur, gözlərimə girmə dünya..

Yalan dolu qazanında bulqur kimi piyin bişib,
Pəncərəndən ötüb keçən adamlara payın düşüb,
Qocalmısan daha sən də, hayın gedib vayın düşüb
Az qalıbdır daha sonun sözlərimə gülmə dünya..

Kimə sevgi, kimə həsrət, kiminə dərd ocağısan
Kimlərəsə oyun yeri, kimə işrət qucağısan
Yaxşıları yaxşı göstər, insaflı ol ucalarsan
Yaxsılığı ovcuna al, sayını itirmə dünya..

***************************************

Niyə ayrılmışıq bir- birimizdən?

Bu qədər xatirə qalaq- qalaqdır.
Mən hansını silim, hansılar qalsın.
Necə gözlərimi yumum bağlayım
Əksin gözlərimdə gəlib qalmasın?

Sözlərim yığılıb dodaqlarıma
Qəhər boğazımda düyün- düyündür
Pıçıltım batırır qulaqlarımı
Gözlərimdən axan son ümidimdir.

Uzanıb xəyalım körpülər salır
Gözüm yollar çəkir bu sevgimizdən.
Axı urək yanır , alışır hələ
Niyə ayrılmışıq bir birimizdən.

Müşfiqə Baxşiyeva..