Məhəmməd Əli belə dəfn edildi - DƏFNDƏ İZDİHAM (VİDEO)

  • By admin
  • 10 İyun 2016 10:45

100232178_muhammad-ali-coffin-world-large_trans++BIhf9vY3F0gQVGEB0QvnDqbO8fhlrwGaM5ysrm1s_2M

ABŞ-ın Luisvill şəhərində (Kentukki) iyunun 9-da əfsanəvi boksçu Məhəmməd Əli ilə vida mərasimi keçirilib. Gununsesi.info-nun xəbərinə görə, yas mərasimində 14 minədək insan iştirak edib.

 

Vida mərasimi  “Freedom Hall” idman arenasında baş tutub. Kassius Kley (Məhəmməd Əlinin əvvəlki adı) məhz burada 1960-cı ildə peşəkar rinqdə ilk qələbəsini qazanıb. Şəriət qaydaları ilə təşkil olunan yas mərasiminin keçirildiyi məkana giriş sərbəst olub.

 

Vida mərasimi canlı yayım rejimində işıqlandırılıb.

 

Mərasimdə keçmiş məşhur boksçu Şuqar Rey Leonard iştirak edib. O, Əlini bütün dünyaya təsir edə bilmiş son dərəcə cəsarətli və  mərd  xarakterli insan adlandırıb.

 

Vida mərasimi cəmi 20 dəqiqə davam edib. Məhəmməd Əlinin üzü qibləyə  uzadılmış cəsədi üzərində dualar və Qurandan parçalar oxunub.

 

Qeyd edək ki, vida mərasimi iyunun 10-da da davam etdiriləcək, daha sonra isə Məhəmməd Əli dəfn olunacaq.

 

 

Torpağa tapşırılmazdan əvvəl  Məhəmməd Əlinin cəsədinin olduğu tabut şəhərin küçələri ilə aparılacaq. (AP, APA, Euronews)