Gənc yazıçı deputatı ələ saldı:  “Cənab Prezident əmr edərsə, koronavirusa yoluxaram”

  • By admin
  • 22 İyun 2020 08:53

Tanınmış yazıçı Kəramət Böyükçöl deputat Elman Nəsirovu ələ salıb.

Gununsesi.org xəbər verir ki, K.Böyükçöl E.Nəsirovdan alınan açıqlamanın sosial şəbəkədə linkinin şərh bölməsinə belə yazıb: 

“Cənab prezident əmr eləsə, məmnuniyyətlə koronavirusa yoluxaram. (Elman Nəsirov)”.

 

Qeyd: Elman Nəsirov açıqlamasında deyib ki, bu gün o da də koronovirusa görə tibbi yoxlamadan keçib, nəticəsi hələ bəlli deyil: “İnşallah hər şey yaxşı olacaq. Nə qədər deyilənlərə çox əməl edilsə, bu xəstəlik də bir o qədər tez bitəcək”

E.Nəsirov sosial şəbəkələrdə ona koronovirusa yoluxmağı arzu edənlərə də cavab verib:

“Bunu arzu edənlər və yazanlar gec-tez Allahın qəzəbinə düçar olacaqlar. Həmin insanlar onsuz da bədbəxt günə düşüblər ki, bu cür mənasız fikirlər səsləndirirlər. Ümumiyyətlə, mən radikal müxalifətin nümayndələrinə belə koronovirusa yoluxmasını arzulamıram”.

Gununsesi.org