“Gərək qadına qısqanmaq üçün səbəb verməyəsən” - ƏDALƏT ŞÜKÜROV

  • By admin
  • 25 Mart 2017 19:04

adalyat_shukyurov

“Xanım da, kişi də o şəraiti yaratmamalıdır ki, münasibətdə qısqanclıq olsun. Kişi var ləzzət alır ki, xanımı onu qısqanır. Diqqətli olmaq lazımdır”.

Gununsesi.info axsam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Ədalət Şükürov “Hər şey daxil” verilişinə açıqlamasında deyib.

Müğənni qısqanclıqdan danışıb. O bildirib ki, xanımı ilə aralarında belə problemlər olmur:

“Mən Sankt-Peterburqda oxuyurdum, gəldim Azərbaycanda nişanlandım qayıtdım. Sonra gəlib toy etdim, xanımımı götürüb getdim ora. Mənim ətrafımda çoxlu qızlar var idi. Qaldığım yataqxanada iki mərtəbədə oğlanlar, 14 mərtəbədə qızlar qalırdı. Xanımım görürdü ki, qızlar bizə gəlir, otururuq, dostuq. İlk vaxtlar dəhşətə gəlirdi ki, bunlar kimdir? Sonra izah etdim ki, qızlarla dostam, sənə görə onları atmayacam ki… Sonra alışdı. İndi də onlar Bakıya gələndə normal qarşılayır. Mən onlarla rəqs də edirəm, görüşürəm də, yoldaşım da bunu normal qarşılayır. Onun qısqanması üçün şərait yaratmamışam. Gərək qadına qısqanmaq üçün səbəb verməyəsən”.

Gununsesi.info