
Bu gün İtaliyada dünyanın nəhəng iqtisadiyyata malik olan 7 ölkəsinin xarici işlər nazirlərinin iştirakı ilə “G7 Zirvəsi” keçirilir.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin də iştirak etdiyi bu zirvədə Suriya məsələsi müzakirə olunub.
Belə ki, toplantı başa çatdıqdan sonra Fransa xarici işlər naziri Jan-Mark Eyro G7 ölkələrin nazirləri adından bəyanatla çıxış edərək, gələcəkdə Əsədin Suriyaya rəhbərlik etməyəcəyini deyib: “Hazırda G7 ölkələri Suriya və Rusiyaya sanksiya tətbiq etmək məsələsində həmfikirdilər”.
Anar
Gununsesi.info












