“Galatasaray”ın prezidenti kim olacaq? - NAMİZƏDLƏRİN ADI AÇIQLANDI

  • By admin
  • 29 Dekabr 2017 21:40

Yanvarın 20-də növbədənkənar prezident seçkiləri keçirəcək “Qalatasaray”da namizədlər bəlli olub.

Gununsesi.info xəbər verir ki, klub prezidentliyi uğrunda iki nəfər mübarizə aparacaq.

Hazırkı başqan Dursun Özbəkdən əlavə Mustafa Cengiz də namizədliyini irəli sürüb. Hər iki şəxsin müraciəti Divan Kurulu tərəfindən qəbul edilib.

Namizədlər birlikdə çalışacaqları İdarə Heyətinin tərkibini də elan ediblər.

Qeyd edək ki, yeni seçiləcək prezidentin səlahiyyət müddəti 3 il olacaq.

Gununsesi.info